Dünya

Qadın oğlunun qətlinə görə 20 il həbs cəzası alıb

9 Oktyabr 2022 07:46
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, məhkəmə Saratov vilayətinin 43 yaşlı sakinini səkkiz yaşlı oğlunu qətlə yetirməkdə və beş yaşlı qızına sui-qəsddə ittiham edərək 20 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məhkəmə və istintaq müəyyən edib ki, qadın 2021-ci il dekabrın 22-də uşaqları ilə birlikdə Prokudino kəndindəki evdə olub. O, onlara itaətsizliklərinə görə qəzəblənib, plastik torba, kəndir və yaylıqdan istifadə edərək oğlunu və qızını boğmağa başlayıb. Uşaqlarda həyat əlamətləri görünməyəndə ana onları küçəyə çıxararaq dərəyə atıb.

Qonşuların çağırdığı təcili yardım həkimləri oğlanın öldüyünü bildirsə də, qız sağ qalıb. O, ağır bədən xəsarətləri alıb.

Gizlənən ana ertəsi gün saxlanılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.