Dünya

İranda zəlzələdə 300-ə yaxın şəxs yaralanıb, 200 evə ziyan dəyib

5 Oktyabr 2022 11:20
Baxış: 1 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

Milli.Az APA-ya istinadən bildirir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.