ABŞ-da 31 yaşlı məhbus Forenz Merfi ad gününü qeyd edərkən həbsxanadan qaçdığına görə tutulub.
Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.
Avqustun 8-də Merfi soyğunçuluq ittihamı ilə dörd illik həbs cəzasını çəkdiyi Konnektikutdakı islah mərkəzindən qaçıb. Onu bir aydan artıq həbsdə saxlamaq mümkün olmayıb.
Hüquq-mühafizə orqanları fərarini yalnız Corciya ştatındaki qohumlarının evində ad gününü qeyd etməsi barədə məlumat aldıqdan sonra tapa biliblər.
Oktyabrın 1-də günortadan sonra Merfi saxlanılaraq həbsxanaya qaytarılıb. Onun əlavə ittihamlarla üzləşəcəyi gözlənilir.
İrfan Vəliyev
Milli.Az