Rusiya ordusu bütün gecəni Dnepropetrovsk vilayətinin Nikopol və Krivoy Roq rayonlarına hücum ediblər.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə vilayətin Regional Dövlət Administrasiyasının sədri Valentin Rezniçenko telegramda yazıb.
"Dron-kamikadze, Qasırğa, Qrad və ağır artilleriya... Bu silahla gecə boyu iki rayona - Nikopol və Krivorojskiyə hücum edilib", - deyə o bildirib.
Bildilir ki, Nikopolun özündə fərdi evlər, yardımçı tikililər və elektrik xətləri zədələnib.
Ölən və ya yaralanan olmayıb.
Milli.Az