Dünya

Qadın taksi sürücüsü zorlandı

1 Oktyabr 2022 06:22
Baxış: 1 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Kamçatka diyarında məhkəmə 34 yaşlı qadın sürücüyə hücum edərək onu zorlamaqda ittiham olunan 50 yaşlı kişinin işinə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, avqust ayında müttəhim narkotikin təsiri altında telefonla taksi çağırıb. O, sürücüyə hücum edib, onu döyüb və ölümlə hədələyib. Daha sonra o, meşədə və öz mənzilində qurbanı zorlayıb. Təcavüzkarın fikri yayınanda qadın qaçaraq polisə müraciət edə bilib.

Faktla bağlı müstəntiqlər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Zorlama") və 132-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə iş açıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.