Dünya

Arzuolunmaz şəxs elan olunan Yaponiya konsulu Rusiyanı tərk edəcək

27 Sentyabr 2022 10:11
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, Vladivostok şəhərindəki konsul Motoki Tatsunori sentyabrın 28-dək Rusiyanı tərk edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Prioritet olan təhlükəsizlik nöqteyi-nəzərindən onun sentyabrın 28-dək Rusiyanı tərk etməsi planlaşdırılır", - Nazirlər Kabinetinin baş katibi deyib.

Rusiya tərəfinin iddiasına görə, Tatsunori iki gün əvvəl məxfi məlumat alarkən saxlanılıb. Bu məlumatın konkret nədən ibarət olması barədə konkret məlumat yoxdur, lakin Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirib ki, söhbət ölkənin Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığından gedir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi onu "persona non-qrata" (arzuolunmaz şəxs-red) elan edib və 48 saat ərzində ölkədən çıxması barədə göstəriş verib.

Yaponiya isə buna etiraz edərək, Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzini Xarici İşlər Nazirliyinə çağırıb.

Tatsunori artıq sərbəst buraxılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.