Dünya

NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır

26 Sentyabr 2022 23:10
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Komissiyasının binasında görüşüblər.

Görüşdən sonra sosial mediada birgə bəyanat verilib.

Açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.

"NATO-Avropa İttifaqı əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir. Bu səbəbdən biz tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtının yetişdiyinə inanırıq", - bəyanatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.