Dünya

Qadın ikinci dəfə də ad günündə ana oldu

27 Sentyabr 2022 06:44
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya sakini iki dəfə 11 il fərqlə ad günündə qız övladı dünyaya gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı Mari Barton 20 sentyabr 1988-ci ildə anadan olub.

20 sentyabr 2011-ci ildə onun Lola adını verdiyi bir qız övladı dünyaya gəlib. 11 il sonra, eyni gündə ikinci qızı Kadi anadan olub.

Ananın sözlərinə görə, uşaq oktyabrda doğulmalı idi, amma gözlənilmədən daha tez dünyaya gəlib.

Qadının əri Co qızlarına və həyat yoldaşına eyni gündə hədiyyə almağın ona baha başa gəldiyini deyir.

Qeyd edək ki, Lola və Kadidən başqa cütlüyün daha iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.