Dünya

Türkiyə ordusu 3 terrorçunu məhv etdi

22 Sentyabr 2022 07:15
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 3 silahlısını zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terror təhlükəsini aradan qaldırmaq üçün addımlarını davam etdirir. "Pençe" və "Pençe-Kilit" antiterror əməliyyatı zonalarında 3 PKK silahlısı zərərsizləşdirilib. Qəhrəmanların qanı yerdə qalmayacaq!", - deyə paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl İraqın şimalında bir Türkiyə hərbçisinin həlak olması və ikisinin yaralanması ilə bağlı məlumat verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.