Dünya

Rusiya məğlub olur? Özünüzü aldatmayın - Almaniya

17 Sentyabr 2022 09:24
Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusu Ukraynada xeyli itki verib və Kiyevin son əks-hücum əməliyyatının nəticələri Moskvanın hərbi ehtiyatlarının düşünüləndən də az olduğunu göstərə bilər.

Milli.Az axar.az-a istinadla bildirir ki, bunu Almaniya müdafiə naziri Kristin Lambrext deyib.

"Rusiya ordusu indi xeyli itki verib - həm şəxsi heyət, həm də texnika baxımından. Rusiya qüvvələrinin qeyri-məhdud hərbi sərvətlərə malik olması fikri doğru deyil", - nazir bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya çoxlu texnikanı təmir etməlidir və onun üçün kifayət sayda yeni hərbi birləşmələr cəlb etmək də çətindir:

"Rusiya ordusunun ehtiyatlarının faktiki olaraq nə qədər qaldığını görmək çox maraqlı olacaq. Hesab edirəm ki, bu, ilkin olaraq düşündüyümüzdən xeyli azdır. Bununla belə, özünüzü aldatmayın: Rusiya məğlub olmaqdan çox uzaqdır və hələ də müxtəlif hərbi seçimlərə malikdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.