Qvatemalada Müstəqillik Günü konsertində baş verən izdihamda ikisi uşaq olmaqla 9 nəfər həlak olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi rəsmi "Twitter" səhifəsində məlumat yayıb.
Həmçinin, 20-dən çox şəxsin yaralandığı bildirilib.
Qeyd olunub ki, hadisə qruplardan birinin öz çıxışını bitirdikdən sonra baş verib. Belə ki, hamı eyni anda məkanı tərk etməyə çalışıb.
Milli.Az