Müstəqillik Günü konserti zamanı izdihamda 9 nəfər ölüb - FOTO

16 Sentyabr 2022 09:11

Qvatemalada Müstəqillik Günü konsertində baş verən izdihamda ikisi uşaq olmaqla 9 nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

Həmçinin, 20-dən çox şəxsin yaralandığı bildirilib.

Qeyd olunub ki, hadisə qruplardan birinin öz çıxışını bitirdikdən sonra baş verib. Belə ki, hamı eyni anda məkanı tərk etməyə çalışıb.

Milli.Az