Dünya

Meqan qadağaya baxmayaraq Britaniyaya getdi - FOTO

11 Sentyabr 2022 17:32
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, III Çarlz Şahzadə Harriyə zəng vuraraq həyat yoldaşı Meqan Markl olmadan ölmək üzrə olan Kraliça II Elizabetin yanına gəlməsini istəyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qadağalara baxmayaraq Meqan Kraliçanın xatirəsini yad etmək üçün Böyük Britaniyaya uçub. Şahzadənin arvadı Vindzorda gül qoyma mərasiminə qatılıb. Hersoginyanın yeni monarxın elan edilməsi mərasimində olub-olmadığı məlum deyil.

Mərhum Kraliça II Yelizaveta ilə nəvəsinin həyat yoldaşı Meqan Marklın münasibətləri heç vaxt yaxşı olmayıb. Monarxın ölümündən sonra da onun varisi, indi Çarlz III adını alan şahzadə Çarlz oğlundan xahiş edib ki, xanımı dəfn mərasimində olmasın.

Ailəyə yaxın mənbə bildirib ki, Çarlz Harriyə Meqanın belə çox kədərli bir zamanda Balmoralda olması düzgün deyil. Lakin buna baxmayaraq Markl həyat yoldaşı, həmçinin şahzadə Uilyam və Keyt Mildtonla birlikdə Vindzorda gül dəstələri qoyub.

Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun oğlu Çarlz rəsmən Böyük Britaniyanın monarxı elan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.