Dünya

Levandovski Ronaldunu keçdi

11 Sentyabr 2022 11:00
Baxış: 2 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.