Dünya

Məşhur "kriminal avtoritet" İstanbulda öldürüldü

10 Sentyabr 2022 11:30
Baxış: 2 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnterpolun axtardığı Serbiyanın məşhur "kriminal avtoritet"i İstanbulda öldürülüb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, ölkəsində qırmızı bülletenlə axtarışda olan "Skaljari" (Serbiyada qəsəbə) bandasının lideri Yovica Vukotiç İstanbulun Şişli rayonunda avtomobili ilə gedərkən silahlı hücuma məruz qalıb. Həmin vaxt yeraltı dünyasının məşhurlarından olan Yovica Vukotiçin sevgilisi və uşaqları da yanında olub.

Motosikletlə avtomobilə yaxınlaşan silahlı şəxs 5 dəfə atəş açıb, nəticədə Vukotiç sevgilisinin və övladlarının yanında aldığı güllə yaralarından ölüb. Məlumatda bildirilir ki, güllələrdən dördü Yovica Vukotiçə dəyib.

Qeyd edək ki, Vukotiçin sui-qəsd nəticəsində öldürülmüş Serbiyanın Baş naziri Zoran Cinciçin qatili Luka Bojoviçlə yaxın dost olduğu iddia edilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.