Dünya

Tanışını qələmlə öldürdüyünə görə həbs olundu

9 Sentyabr 2022 18:37
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Çuvaş Respublikasında müstəntiqlər və polis 40 yaşlı tanışını qətlə yetirən şəxsi saxlayıb.

Milli.Az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 3-də sərxoş müttəhim dostunun yataqxana otağına gəlib. Orada onlar mübahisə edib, daha sonra şübhəli şəxs qələmi götürərək zərərçəkənin boyun nahiyəsinə iki dəfə zərbə endirib və nəticədə tanışı ölümcül yaralar alıb. Daha sonra kişi hadisə yerindən qaçıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb. İstintaq təqsirləndirilən şəxsin həbsi üçün məhkəməyə vəsatət vermək niyyətindədir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.