Dünya

Ukrayna bu ərazini azad etdi

7 Sentyabr 2022 09:48
Baxış: 1 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna qüvvələri Verbivka yaşayış məntəqəsini işğaldan azad edib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Məlumatda xatırladılıb ki, sentyabrın 6-da Ukrayna qüvvələri Xarkov vilayətində əks-hücuma keçib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Severski Donets və Serednya Balakliika çaylarının sol sahilinə, şimal tərəfinə geri çəkilib. Bir çox rus mənbələri Ukraynanın Verbivkada qazandığı qələbələri etiraf edib.

Məlumata görə, geolokasiyalı kadrlar Ukrayna ordusununun piyadalarının Verbivkanın şərqində olduğunu təsdiqləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.