Dünya

Tahsin Kaya işçilərini döyüb

7 Sentyabr 2022 07:50
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar "Fənərbağça" klubunun rəhbəri olmuş, "Kayalar Holdinq"in sahibi Tahsin Kaya Kadıköy Modada tikintiyə gələrək işçilərini döyüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Kaya işçiləri söyərək onlara yumruq atıb.

Buna səbəb Tahsin Kayanın şirkətin idarə heyəti üzvləri ilə yaşadığı fikir ayrılığı göstərilir.

Hadisə təhlükəsizlik kameraları və mobil telefon vasitəsilə qeyd edilib.

İşçilər Tahsin Kaya haqqında şikayət ərizəsi yazıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.