Dünya

Dodonun həyəti belə yandı - VİDEO

5 Sentyabr 2022 16:52
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda ev həbsində olan Moldovanın eks-prezidenti İqor Dodonun evinin həyətyanı sahəsində terras yanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İ.Dodon özü Teleqram kanalında məlumat yayıb.

"Bu gecə evimizin arxa həyətində terras yanıb. Yanğının səbəbi bəlli deyil. Gecə qısa müddətdə gələn və yanğını söndürən yanğınsöndürənlərə təşəkkür edirəm. Bu dəhşətli hadisənin aydınlığa qovuşması üçün mütəxəssilərin rəyini və çıxardığı nəticəni gözləyirik", - deyə o bildirib.

Qeyd edək ki, İqor Dodon korrupsiyada, partiyaların qanunsuz maliyyələşməsində, vətənə xəyanətdə şübhəli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.