Dünya

ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacaq

3 Sentyabr 2022 08:53
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü Pentaqonun strukturuna daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.

Qeyd olunur ki, söhbət təxminən 355 milyon dollar dəyərində 60 ədəd "AGM-84K Harpoon Block II" gəmi əleyhinə raketlərin və onunla əlaqəli avadanlıqların, həmçinin 100 ədəd "hava-hava" tipli "AIM-9X Block" raketinin satışından gedir.

Bundan əlavə, Tayvanla 655,4 milyon dollar dəyərində radar stansiyaları üçün müqavilənin uzadılmasına dair mümkün saziş təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.