Dünya

Xəstə əməliyyat masasındaykən cərrahlar arasında dava düşdü

1 Sentyabr 2022 19:24
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Kurqanda təcili tibbi yardım xəstəxanasında cərrah əməliyyat zamanı həmkarına neştər atıb və tibb bacılarını söyüb.

Milli.Az bildirir ki, hadisə barədə Ura.ru-ya səhiyyə sektorundakı mənbə məlumat verib.

Mənbə bildirib ki, rusiyalı həkimə intizam tənbehi verilib. Qeyd olunub ki, həmkarları əvvəllər də həkimin davranışından şikayət ediblər.

Cərrah başqa şəhərdən işə gəlib və kadr çatışmazlığı səbəbindən müsahibə olunmadan xəstəxanaya işə götürülüb, həmkarları məlimat verib.

Kurqan vilayətinin Səhiyyə departamenti bu məlumatı təkzib edib və cərrahın bütün prosedurlara riayət olunmaqla işə götürüldüyünü vurğulayıb. "Qəsdən və ya təsadüfən kiməsə ziyan vurması barədə məlumat təsdiqini tapmayıb", - deyə idarədən bildirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.