Dünya

Övladını acından öldürdü: Ömürlük həbs cəzası aldı

30 Avqust 2022 22:59
Baxış: 1 116
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azyaşlı oğlunun ölümünə səbəb olan anaya ömürlük həbs cəzası verilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatında gerçəkləşib.

Övladının qida çatışmazlığından, acından ölümündə təqsirli bilinən "veqan" qadın ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilir ki, 38 yaşlı vegeterian qadın Şeyla O'Liri oğlu Ezra O'Lirinin tək meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümündə günahlandırılıb.

Məhkəmə Şeylanı "birinci kateqoriyalı öldürmə halı"nda təqsirli bilib.

Məlum olub ki, qadının 3 və 5 yaşlı uşaqları da yetərli qidalarla bəslənməyib və onlarda da bir sıra xəstəliklər aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.