Dünya

İran İraqla sərhədi bağlayıb

30 Avqust 2022 12:22
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hökuməti Bağdadda davam edən etiraz aksiyaları fonunda İraqla sərhəddə nəzarət-buraxılış məntəqələrinin işini dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi bildirib.

O deyib ki, sərhədlər növbəti sərəncama qədər bağlı olacaq. Nazir müavini sentyabr ayında qeyd olunacaq Ərbəin mərasimləri ilə əlaqədar iranlı zəvvarları İraqa səfər etməməyə çağırıb.

Quru sərhədi ilə yanaşı, Tehranla Bağdad arasında bir sıra aivareyslər də ləğv edilib.

Qeyd edək ki, ötən gün Bağdadda nüfuzlu siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyası keçirib. İğtişaşlara çevrilən aksiyalarda indiyədək ölənlərin sayı 15 nəfərə çatıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.