Dünya

Ər-arvaddan azyaşlıya qarşı ağılasığmaz əməl - Rusiya bu cinayətdən danışır

30 Avqust 2022 01:22
Baxış: 2 803
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada Saxalin sakini uşaq meydançasından oğurlanan yeddi yaşlı qızı zorlayaraq pəncərədən atıb.

Milli.Az bildirir ki, bu barədə "Baza" öz Telegram kanalında məlumat yayıb.

Avqustun 26-da Kurilskdə 46 yaşlı A.Komaritskinin birgə yaşadığı V.Xomçuk adlı qadın uşağı aldadaraq evinə aparıb. Kişi onu zorlayaraq ikinci mərtəbənin pəncərəsindən atıb.

Qız ağır vəziyyətdə Yujno-Saxalinsk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, bir gün sonra isə cərrahiyyə şöbəsinə köçürülüb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Komaritski və onunla birlikdə yaşayan qadın saxlanılıb. Məlum olub ki, 1990-cı illərdə kişi zorlamaya görə mühakimə olunub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.