Dünya

5 prezidentə şirniyyat bişirmişdi: Qocalar evində öldü

28 Avqust 2022 21:56
Baxış: 1 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin baş qənnadçısl Roland Mesnier vəfat edib.

Bu barədə "The Washington Post" yazır.

25 ildən çox Ağ Evdə işləyən və beş prezidentə şirniyyat hazırlayan Meusnier qocalar evində dünyasını dəyişib. Onun 78 yaşı var idi. Ölümün səbəbi onkoloji xəstəlikdən sonra yaranan ağırlaşmalar olub.

O, 1979-cu ildə Ağ Evdən iş təklifi alıb.  Müsahibələrində və kitablarında prezidentlərin, birinci xanımların zövqündən və xasiyyətindən danışır, eyni zamanda heç vaxt eyni yeməyi iki dəfə vermədiyini iddia edirdi.

Siyasətçilərə və digər yüksək vəzifəli məmurlara xidmət edərək, həddindən artıq yağlı və yüksək kalorili yeməklərin reseptlərinə "əl gəzdirirdi". Məsələn, onun suflesində yumurta sarısından istifadə edilmirdi, alma brulesində isə krem əvəzinə sidr və qarğıdalı nişastası var idi.

Mesnier 2004-cü ildə Corc Buşun administrasiyası zamanı Ağ Evi tərk etdikdən sonra reseptlər kitabı və "Bütün Prezidentlərin şirniyyatı"  adlı memuar yazıb.

2000-ci ildə Vaşinqton məhkəməsində Mesnierin mətbəxdə köməkçisi Franetteyə qarşı eyri-etik hərəkətdə günahlandırıldığı iddia edildi. Ancaq Ağ Ev şirniyyatçını işdən çıxarmaqdan imtina etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.