Dünya

Ukraynada həlak olan azərbaycanlının nəşi Bakıya göndərildi

28 Avqust 2022 12:18
Baxış: 1 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.

Milli.Az report-a istinadən xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.

Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.

Qeyd edək ki, Hüseynov Səid Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.