Dünya

Elektron siqaret koronavirusa yoluxma riskini artırır

27 Avqust 2022 18:28
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elektron siqaret aerozollarından istifadə orqanizmin koronavirus infeksiyasına qarşı həssaslığını artırır". 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "bioRxiv"də dərc edilmiş məqalədə bildirilib.

Bunu araşdıran tədqiqatçılar bir neçə marka elektron siqareti və onlar üçün nəzərdə tutulmuş bir sıra nikotin mayeləri incələyiblər. Bu siqaretlər xüsusi bir cihaza birləşdirilir ki, bu da bir insan tərəfindən istehlak edildikdə eyni aerozol buraxmasına səbəb olur. 

Məlum olub ki, elektron siqaretlər hüceyrələrin koronavirusa qarşı həssaslığını artırır. Bu, SARS-CoV-2-nin sintetik analoqlarının daha aktiv şəkildə nüfuz etməsində özünü göstərib. Bu, xüsusilə nikotinin ən yüksək konsentrasiyası olan mayelər üçün doğru idi. 

Buna səbəb buxarlanma üçün mayenin tərkibində olan nikotin və müxtəlif molekulların koronavirusun hüceyrələrə nüfuz etməsində mühüm rol oynayan "ACE2" və "TMPRSS2" zülallarının aktivliyini artırması olub.

Elm adamları hesab edirlər ki, elektron siqaret modellərindən istifadə edən xəstələri müalicə edən həkimlər yuxarıda sadalanan məqamları nəzərə almalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.