Dünya

İki yaşlı qızını bağlayıb içki içməyə getdi

25 Avqust 2022 18:00
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stavropolda 23 yaşlı rusiyalı qadın dostları ilə gəzintiyə və içki içməyə çıxarkən iki yaşlı qızını iplə bağlayaraq evdə qoyurdu.

Milli.Az bildirir ki, bu barədə Kp.ru məlumat yayıb.

Bundan başqa, ana uşağı qollarından, ayaqlarından və kürəyindən vurub, həmçinin qızı ağlamağa başlayanda, başına vurub. Rusiyalı qadın 4 ay - 2021-ci ilin noyabrından 2022-ci ilin fevralına kimi uşağa əzab verib.

23 yaşlı ana bir dəfə 3,5 min rubl məbləğində xırda oğurluğa görə tutulub. O, uşağı tək böyüdüb, qızın atası qadının hamiləliyi xəbərindən sonra yoxa çıxıb.

İstintaq Komitəsinin regional idarəsinin saytında verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları işgəncə, uşaq tərbiyəsi vəzifələrini yerinə yetirməmək və oğurluq maddələri ilə cinayət işi açıblar. İki yaşlı uşaq iş başlandıqdan sonra ailədən çıxarılaraq uşaq evinə yerləşdirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.