Dünya

Burada yaşamaq istəyənlərə 15 min avro veriləcək

25 Avqust 2022 09:22
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada Sardiniya adasının yerli hökuməti orada daimi yaşamağa razı olan insanlara 15 min avro qrant veriləcəyini elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu yolla hakimiyyət adanın əhalisinin azalması və bununla bağlı iqtisadi tənəzzülü dayandırmağa çalışır.

Muxtar bölgənin rəhbəri Kristian Solinas bildirib ki, Sardiniya buraya köçən və burada ailə həyatı qurmağa qərar verənlər üçün münbit zəmin olacaq.

O əlavə edib ki, əkinçilik olmadan adanın iqtisadiyyatı inkişaf etməyəcək.

Qrant layihəsinin Sardiniyanın boş qalmış kənd ərazilərini bərpa edəcəyi gözlənilir. Qrantlar yalnız alıcı Sardiniyada ev aldıqda və ya təmir etdikdə veriləcək. O, əhalisi 3000 nəfərdən az olan qəsəbədə məskunlaşmalıdır.

Qeyd edək ki, son illər ərzində Sardiniya gəncləri kütləvi şəkildə İtaliyanın böyük şəhərlərinə axışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.