Dünya

Tamamilə yandığı deyilən Duqinanın tabutdakı görüntüsü gündəm oldu - FOTO

23 Avqust 2022 23:32
Baxış: 6 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın "Ostankino" televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.

Belə ki, Rusiya mediası partladılmış avtomobilin qadın sürücüsü tamamilə yandığından şəxsiyyətini hadisə yerində müəyyən etməyin mümkün olmadığını yazmışdı. Duqinanın tabuta qoyulmuş cəsədi isə deyilənlərin əksinə olaraq, "təravətli" görünüşü ilə sosial media izləyicilərinin diqqətini çəkib.

Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.