Dünya

ABŞ Ukraynaya uzaqmənzilli kamikadze dronlar verməyə hazırlaşır

22 Avqust 2022 21:05
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ ordusu Ukraynaya 40 km məsafəni 20 dəqiqəyə qət edə və daha 20 dəqiqə hədəfin görünməsini gözləmək üçün havada qala bilən, "Javelin" döyüş başlığına malik "Switchblade 600" kamikadze dronların tədarükü üçün müqavilə bağlamağa hazırdır.

Milli.Az "report"a istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Cessika Maksvell pilotsuz uçuş aparatlarının istehsalçısı olan "AeroVironment" şirkəti ilə 10 döyüş sursatı üçün müqavilənin bağlanmasının yaxın 30 gün ərzində olacağını bildirib.

"Onlar Rusiya sistemlərinin əhatə dairəsindən kənarda işə salına və Rusiya infrastrukturuna zərər verə bilər", - Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) ştatdankənar baş əməkdaşı Samuel Bendett söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.