Dünya

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır

21 Avqust 2022 11:24
1 Şərh     Baxış: 3 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin ölümünü araşdırır.

Milli.Az xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı "millətçilər"i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.