Dünya

ABŞ 150 min ton Ukrayna taxılını almağa hazırlaşır

21 Avqust 2022 10:30
0 Şərh     Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları yaxın bir neçə həftə ərzində Ukraynadan təxminən 150 min ton taxıl alacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

Onun sözlərinə görə, planlaşdırılan daşınma onların Ukraynadan təşkil etdikləri ilk gəminin Afrika Buynuzu bölgəsindəki insanlara çatdırdığı taxılın miqdarından altı dəfə çoxdur:

"Bu taxılın hara çatdırılacağı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Çox güman ki, o, Afrikaya göndəriləcək, çünki bu il quraqlığın təsiri ən ciddi ərzaq çatışmazlığına səbəb olub".

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazarda 22 milyon insan aclıq çəkir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.