Dünya

Meşədə azan tələbə qız qaraciyərə ciddi ziyan vuran ən təhlükəli göbələyi yeməyə məcbur olub

21 Avqust 2022 06:19
0 Şərh     Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqdan olan tələbə qız Leninqrad vilayətində meşədə azıb, aclıqdan göbələk yığmağa başlayıb və özünü zəhərləyərək öldürüb.

Milli.Az bildirir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.

Canelidze Təcili Tibbi Yardım İnstitutu qızın zəhərli göbələk yediyini bildirib. Xəstəxananın klinik toksikologiya şöbəsinin müdiri Aleksey Lodyagin xatırladıb ki, qızın yediyi qaraciyərə ciddi ziyan vuran ən təhlükəli göbələk olub.

O bildirib ki, ümumilikdə bu mövsümdə elmi-tədqiqat institutuna göbələk zəhərlənməsi ilə 14 xəstə yerləşdirilib, 13 nəfərin həyatını xilas etmək mümkün olub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.