Dünya

"Krım körpüsü qanunsuz tikilib, bu cür obyektlər məhv edilməlidir" - Ukrayna Prezident Ofisi

17 Avqust 2022 11:07
0 Şərh     Baxış: 1 186
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Krımdakı partlayışlar təkrarlana bilər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "The Guardian" nəşrinə müsahibəsində deyib.

"Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam", - o bildirib.

Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: "Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.