Dünya

Krımda silah anbarı partlayıb, yaralılar var - sakinlər ərazidən çıxarılır - YENİLƏNİB

16 Avqust 2022 11:01
3 Şərh     Baxış: 3 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:01

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov açıqlama verib.

Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

---------

10:31

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.

Milli.Az TASS-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:

"Hadisənin səbəbləri araşdırılır".

---------

10:07

Ərazidəki transformator yarımstansiyasında da partlayış olub. 

Milli.Az xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

Bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər. 

Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.