Dünya

Qadın kişidən şübhələndi, təyyarə reysini təxirə saldı

15 Avqust 2022 19:20
0 Şərh     Baxış: 3 007
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanda təyyarə sərnişini öz şübhəsinə görə reysin uçuşunu altı saat gecikdirib.

Milli.Az bildirir ki, bu barədə "Mint" qəzeti məlumat yayıb.

Hadisə bazar günü, avqustun 14-də Manqalordan Mumbaya gedən "İndiGo" şirkətinin təyyarəsində baş verib. Qadın səyahət yoldaşının sevgilisi ilə yazışmalarına casusluq edib - ona elə gəlib ki, kişi sərnişinlər üçün təhlükə yarada bilər.

Təyyarə sərnişini stüardessaya üz tutaraq reysin təxirə salınmasını tələb edib. Nəticədə pilotlar təyyarəni uçuş-enmə zolağına yerləşdiriblər, bundan sonra bütün sərnişinlər bir neçə saat davam edən baqajın yoxlanılması üçün təyyarədən çıxarılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.