Dünya

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

13 Avqust 2022 08:42
0 Şərh     Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə cavab verəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Administrasiyasının yüksəkrütbəli rəsmisi bildirib.

"ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək. Rusiya birtərəfli qaydada Ukrayna ərazilərini ilhaq etməyə cəhd etsə, münaqişənin diplomatik yolla həlli perspektivlərini çətinləşdirəcək", - deyə Ağ Ev nümayəndəsi qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.