Dünya

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu - VİDEO

13 Avqust 2022 08:00
2 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şübhəli şəxs səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum edib. Şübhəlinin yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

"Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib", - ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.

Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O, danışa bilmir. Onun qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.

Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.