Dünya

Arvadını qətlə yetirən ər cinayəti feysbukda etiraf etdi - FOTO

11 Avqust 2022 08:34
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Çanaqqala şəhərində yaşayan Ayşə Korur boşanma ərəfəsində olduğu əri Gencay Korur tərəfindən qətlə yetirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ötən gecə Gencay Korur qayınatasının evinə gələrək arvadı ilə danışmaq istədiyini deyib. Evə daxil olan Gencay Ayşəni odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra qatil ər feysbuk hesabında törətdiyi cinayəti "qürur duyaraq" etiraf edib.

Paylaşımdan sonra polis törətdiyi qətli etiraf edən Gencay Korurun tutulması üçün axtarışa başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.