Dünya

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb

10 Avqust 2022 10:45
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenkonun sözlərinə görə, Rusiya vilayətin Nikopol və Marqans rayonlarında yaşayış binalarına 80 reaktiv mərmi atıb: "Nəticədə 11 dinc sakin ölüb, 13 nəfər isə yaralanıb. Düşmən bu rayonu iki dəfə "Qrad"dan atəşə tutub".

O qeyd edib ki, Marqansda 20-dən çox çoxmərtəbəli yaşayış binasına, mədəniyyət sarayına, yataqxanalara, iki məktəbə, şəhər soveti binasına və daha bir neçə inzibati tikiliyə ziyan dəyib. Administrasiya başçısı vurğulayıb ki, Bışetarasovkanın Mirovsk kəndində 11 həyət evi və təbii qaz kəmərinə ziyan dəyib.

Zaporojye şəhər sovetinin katibi Andrey Kurtev isə bildirib ki, Rusiyanın vilayətin Kuşuqum rayonuna raket hücumu nəticəsində 1 qadın ölüb, 3 yaşayış evi dağılıb, təxminən 30 evə isə ziyan dəyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.