Dünya

Çində həm uça, həm də üzə bilən PUA yaradıldı

10 Avqust 2022 11:45
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin alimləri uça və üzə bilən pilotsuz nəqliyyat vasitəsi yaradıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cihazı Nankin Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

PUA iki ədəd qatlanan qanadın köməyi ilə uçur. Onun havada maksimal sürəti saatda 120 kilometrdir.

Dron uçuş zamanı enerjiyə qənaət edir və daha uzun missiyalar üçün əlverişlidir. Cihazın eni təxminən iki metrə çatır.

PUA kəşfiyyat, mina axtarışı və ya hədəflərə birbaşa hücum kimi hərbi tapşırıqları da yerinə yetirə bilər. O, radardan gizlənmək üçün suya dalmağı bacarır və sualtı qayıq kimi üzür.

Alimlərin fikrincə, bu cür imkanlar müxalif orduların komandirlərini çaşdıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.