Dünya

Çində yeni təhlükəli virus yayıldı - "LANYE"

8 Avqust 2022 20:31
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində daha bir təhlükəli virus yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə yerli və sinqapurlu həkimlər açıqlama yayıb.

"Lanye" adlanan yeni virusa Şandunq və Henan əyalətlərində 35 yoluxma qeydə alınıb.

Bu, daha çox öskürək, qızdırma, yorğunluq, əzələ ağrıları, ürəkbulanma və baş ağrısı ilə müşahidə olunur. 

Virisoloqlar bu növün elmə məlum olan digər henipaviruslarla oxşarlığını qeyd edir. Bildirilib ki, "Lanye" virusu ən çox siçanlarda aşkar edilib. Bundan başqa, it və keçilərdə də rast gəlinir. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.