Dünya

Proqramın effektli olmadığını göstərmək üçün görün nə etdi

4 Avqust 2022 16:24
Baxış: 637

Hyuston sakini 3D-printerdə çap edilmiş tapança maketləri qutusunu polisə təhvil verdikdən sonra Texas səlahiyyətlilərindən şəxsi silah geri alma proqramı çərçivəsində 3000 dollar alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər silaha görə səlahiyyətlilər ona 50-200 dollar ödəyiblər.

Həmin şəxs 63 ədəd tapança modelini və onların ehtiyat hissələrini çap edib.

Saxta silahların real qiyməti 6-12 dollar olub.

Amerikalı bildirib ki, o, bu əməlini təkcə pul qazanmaq deyil, həm də bu cür dövlət proqramlarının effektli olmadığını göstərmək üçün planlaşdırıb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics