"ABŞ-ın bu hərəkətləri ciddi mənfi nəticələrə gətirib çıxaracaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ ciddi əks tədbirlərlə üzləşəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "TASS"a Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun deyib.
"ABŞ-ın bu hərəkətləri ciddi mənfi nəticələrə gətirib çıxaracaq. ABŞ-a qarşı ciddi əks tədbirlər görüləcək. İnsanlar bu barədə heç bir illüziyaya qapılmamalıdırlar", - deyə Fu Tsun bildirib.
Nüvə riskləri
Fu Tsun bildirib ki, Çin N.Pelosinin Tayvana səfəri səbəbindən yaranmış vəziyyətdə nüvə riskləri görmür.
"Nüvə silahlarına gəlincə, mən onun başqa dövlətlər tərəfindən istifadəsinin risklərini görmürəm", - deyə o bildirib.
Hərbi ssenari
Onun sözlərinə görə, Çin ölkəni sülh yolu ilə birləşdirmək üçün hər şeyi edəcək, lakin hərbi ssenaridən də imtina etmir.
"Tayvan və Çinin birləşməsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, biz ölkənin sülh yolu ilə birləşməsi üçün əlimizdən gələni edirik, lakin hərbi variantdan da imtina etmirik. Səbəb odur ki, potensial separatçılara qarşı kifayət qədər çəkindirici qüvvəmiz olmalıdır", - deyə o bildirib.
Böyük Britaniya və Fransanın nüvə arsenalları
Çin XİN-in Silahlara Nəzarət Departamentinin direktorunun sözlərinə görə, Çin hesab edir ki, Böyük Britaniya və Fransa nüvə silahlarının azaldılması prosesinə daxil edilməlidir.
"Bəli, əlbəttə ki, arsenallar məhdudlaşdırılmalıdır. Rusiya nüvə silahlarının azaldılması çərçivəsində bu iki ölkənin prosesə daxil edilməsini təklif edib", - deyə Fu Tsun bildirib.
Rusiya və ABŞ-ın nüvə silahları
Fu Tsun hesab edir ki, Rusiya və ABŞ nüvə silahlarını azaltmağa davam etməlidir.
"Birincisi, iki ən böyük nüvə dövləti Rusiya və ABŞ silahlarını azaltmağa davam etməlidirlər", - deyə o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





