Dünya

Türkiyə hərbi təyyarələrini Kiyevdən geri qaytarır

1 Avqust 2022 21:29
0 Şərh     Baxış: 1 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.

"Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm", - nazir deyib.

Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır. Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqlarında onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.