Dünya

Reper konsert zamanı üzünü yandırdı

1 Avqust 2022 16:28
0 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhnə adı Lil Durk ilə tanınan amerikalı reper Derk Benks ABŞ-ın Çikaqo şəhərində "Lollapalooza" festivalında çıxış edərkən xəsarət alıb.

Milli.Az bildirir ki, bu barədə "Variety" məlumat yayıb.

Musiqiçinin "Back In Blood" mahnısını ifa edərkən səhnədə tüstü generatorunun partlaması nəticəsində üzü yanıq aldığı bildirilib. Tədbirin təşkilatçıları onun köməyinə qaçsalar da, Benks çıxışına davam edib. Daha sonra o, sosial şəbəkələrdə konsert fəaliyyətinin müvəqqəti dayandırıldığını və səhhətinin qayğısına qalmağı planlaşdırdığını açıqlayıb. Postu sağ gözündə sarğı ilə xəstəxanada olan Derkin fotosu müşayiət edirdi.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.