Dünya

Kosovo Serbiyada verilmiş sənədlərlə bağlı proseduru təxirə salıb

1 Avqust 2022 07:35
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmamış Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb. Yaxın saatlarda Serbiyanın digər əraziləri ilə sərbəst hərəkətin bərpa edilməsi gözlənilir.

Yerli medianın xəbərinə görə, qərar Kosovo liderlərinin ABŞ səfiri Ceff Hovenyer ilə görüşündən qısa müddət sonra verildiyi bildirilir.

Qeyd edək ki,ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xəttdə gərginlik yaranıb. Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub. Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.