Dünya

Müharibədən əvvəl 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edildi

31 İyul 2022 11:12
1 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumata görə, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.

Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.

Eyni zamanda qeyd edilir ki, məhz onun fəaliyyətsizliyi səbəbindən əsgərlər ikinci Qarabağ müharibəsi zamanı döyüş mövqelərindən qaçıb.

Polkovnik S.A. "döyüş növbətçiliyi qaydalarını pozma" və digər maddələrlə ittiham olunur.

Hazırda təhqiqat davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.