Dünya

ABŞ Dövlət katibi Lavrovla danışıb

29 İyul 2022 21:41
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə E. Blinken məlumat verib. O, bildirib ki, söhbət zamanı qarşı tərəfi Rusiyada saxlanılmış iki amerikalı - Paul Uilan və Britani Qrinerin azad edilməsinə çağırıb. Dövlət katibi Blinken S.Lavrovun cavabının detallarını açıqlamayıb.

Qeyd edək ki, Blinken daha əvvəl saxlanılmış amerkalıların azad edilməsi üçün Rusiyaya vacib təklif çağırışı edib.

Sözügedən təklif ABŞ-da həbsdə olan rusiyalı silah taciri Viktor Bout ilə saxlanılmış amerikalıların dəyişdirilməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.